Carpet / Xalça / خالچا

Images / Görüntülər /گؤرۆنتۆلر

Xalça növləri

Xalça növləri


Süjetli xalçalar

Xalçalar insanların həyat tərzi ilə sıx bağlı idi. Azərbaycan xalçaları da azərbaycanlıların adətləri, ənənələri və inanclarının ayrılmaz hissəsi olmuşdur. Xalça insanı bütün həyatı boyu – həm kədərində, həm də sevincində müşaiyət edirdi. Azərbaycanda hər bir əhəmiyyətli tarixi yaxud hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar, elçilərin qarşısına sərilən xalçalar, məscid və kilsələr üçün toxunan xalçalar və toy yaxud yas mərasimləri üçün toxunan xalçalar.

Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçaları əsasən aşağıdakı növlərə ayrılır:

  • Xalça məmulatları, buraya mərfəş, xurcun, heybə, taxtüstü, yəhərüstü, duz torbası, çul, örkən, çömçədan, yun corablar, pərdələr və s. daxildir.

Əsas məqalə: Xalça məmulatları

  • Xovsuz xalçalar xovlulardan daha çox qədim olan xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq "məişət xalçaları" adlandırırlar. Bu növ xalçalara çətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumax, şəddə və başqaları aid edilir. Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq bu xalçalarda xovlu xalçalar kimi də yüksək istismar keyfiyyətlərinə malikdirlər.

Əsas məqalə: Xovsuz xalçalar

  • Xovlu xalçalar, buraya yerə döşənən və divardan asılan xalçaları, gəbələri, dəst xalı-gəbələri, namazlıqları və s. kimi növlər aid etmək olar.

Xovlu xalçalar xalçaçılıq sənətinin inkişafında ən yüksək mərhələni əks etdirir. Məişətdə işlətmək üçün nəzərdə tutulan pərdələri, taxtüstləri və digər bu kimi əşyalarda xovlu xalçalar növünə daxildir. Çoxsaylı kompozisiyalı sxemlərdə və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar digər xalça növlərindən xüsusilə seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha mürəkkəbdir. Xovlu xalçalar bu gün də müxtəlif ölçülərdə toxunur.

Əsas məqalə: Xovlu xalçalar

  • Süjetli xalçalar, Azərbaycanda tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İlk süjetli xalçalar Cənubi Azərbaycanda, Təbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir. O zaman dekorativ sənətin müxtəlif sahələrində işləyən rəssam – miniatürçülərin və sənətkarların əsas qüvvələri Təbrizdə cəmləşmişdir.

Əsas məqalə: Süjetli xalçalar

Other sections are in working progress / Diğər bölümlər yüklənməktədir /دیْغر بؤلۆملر یوکلنمکتدیر