Embroidery / Tikmə / تیکمه

Images / Görüntülər /گؤرۆنتۆلر

Texnikaya görə

  • Güləbətin (tikmə) — qızılı və gümüşü saplarla tünd rəngli parçalar üzərində tikilir

  • Təkəlduz tikmə — rəngli ipək saplarla tünd mahud üzərində tikilir

  • Saya tikmə — güləbətin və təkəlduzun tam əksi olaraq, burada rəngli ipək və yun saplarla pastelrəngli (açıqrəngli) parçaları işləyirlər

  • Xanduz tikmə — şəbəkəli parça üzərində tikilir.

  • Sanama tikmə — səhvən "krest" (xaçşəkilli tikmə) adlandırılır

  • Xovlu tikmə — tikişmiş (toxunulmamış) xalça texnikası

Materialına görə

  • Pilək tikmə — əlvan yastı pulcuqlu tikmə

    • Çaxma pilək tikmə (zərənduz)

  • Muncuqlu tikmə

  • Örtmə tikmə

    • Doldurma tikmə — ikitərəfli tikmə üsuludur

  • Qurama tikmə — müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gəlir

  • Oturtma tikmə (qondarma tikmə) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulur və bərkidilir.

  • Cərənduz

  • Düymələmə tikmə

  • qaragöz

  • sərmə

Naxışlarına görə bir neçə yerə bölünür

  • həndəsi

  • nəbati (bitki), heyvanlar

  • Quşgözü tikmə (cınağı, cülmə)

  • Məlilə (spiral, sarmal tikmə)

  • zəncirə

Güləbətin, təkəlduz və s. tikmə növləri başqa adlar altında digər türk xalqlarında da yayğın

Other sections are in working progress / Diğər bölümlər yüklənməktədir /دیْغر بؤلۆملر یوکلنمکتدیر