Felt / Keçə / کِچَه

Images / Görüntülər /گؤرۆنتۆلر

Qara keçə və ya qəlib — dəyə və alaçıqlann üstünün örtülməsində, döşənməsində, nəmənddən divarların bəzədilməsində istifadə edilmişdir.

Yük keçəsi — elatlar arasında geniş yayılmışdı. Belə ki, arandan-dağa, dağdan-arana köçən elatlar yağmur və toz-torpaqdan qorumaq məqsədilə yük məişət ləva-zimatlanın üstünü yük keçəsi vasitəsilə örtürdülər.

Yəhər keçəsi — yəhərin altına keçirilərək atın sağrısmı örtürdü.

Dolaq keçəsi — soyuq havada ayaqlara dolanırdı.

At keçəsi — çılpaq atın üstünə sərilərək yəhər vəzifəsini yerinə yetirirdi. Həm də yəhərin altında yerləşdirilirdi.

Qapı keçəsi — adından göründüyü kimi alaçıq və dəyələrin qapılarının örtülməsində istifadə edilirdi.

Namazlıq keçə — namaz zamanı səcdəyə durarkən istifadə olunurdu. Qapı keçəsi və namazlıq keçəsi əksərən naxışlı keçədən hazırlanırdı.

Qundaq keçəsi — körpə uşaqların bələnməsində istifadə olunurdu. Onu da bəzəkli keçədən hazırlayırdılar.

Təpmə keçə — yapıncı kişi geyimi hazırlanmasında istifadə edilirdi. Maldar əhali və çobanlar arasında bu yapıncılar daha çox istifadə edilirdi.

Other sections are in working progress / Diğər bölümlər yüklənməktədir /دیْغر بؤلۆملر یوکلنمکتدیر