Felt / Keçə / کِئچَه
Images / Görüntülər /گؤرۆنتۆلر
Qara keçə və ya qəlib / قارا کئچه و یا قَلیب — dəyə və alaçıqların üstünün örtülməsində, döşənməsində, nəmənddən divarların bəzədilməsində istifadə edilmişdir.
Yük keçəsi / یۆک کئچَسی — elatlar arasında geniş yayılmışdı. Belə ki, arandan-dağa, dağdan-arana köçən elatlar yağmur və toz-torpaqdan qorumaq məqsədilə yük məişət ləva-zimatlanın üstünü yük keçəsi vasitəsilə örtürdülər.
Yəhər keçəsi / یَهر کئچسی — yəhərin altına keçirilərək atın sağrısmı örtürdü.
Dolaq keçəsi / دولاق کئچسی— soyuq havada ayaqlara dolanırdı.
At keçəsi / آت کئچسی — çılpaq atın üstünə sərilərək yəhər vəzifəsini yerinə yetirirdi. Həm də yəhərin altında yerləşdirilirdi.
Qapı keçəsi / قاپی کئچسی— adından göründüyü kimi alaçıq və dəyələrin qapılarının örtülməsində istifadə edilirdi.
Namazlıq keçə / نامازلیق کئچه— namaz zamanı səcdəyə durarkən istifadə olunurdu. Qapı keçəsi və namazlıq keçəsi əksərən naxışlı keçədən hazırlanırdı.
Qundaq keçəsi / قونداق کئچسی— körpə uşaqların bələnməsində istifadə olunurdu. Onu da bəzəkli keçədən hazırlayırdılar.
Təpmə keçə / تپمه کئچه— yapıncı kişi geyimi hazırlanmasında istifadə edilirdi. Maldar əhali və çobanlar arasında bu yapıncılar daha çox istifadə edilirdi.